AZ RU

YERLƏŞMƏ

Bakının tarixi mərkəzindən 4 km məsafədə və Bakı Ağ Şəhərdəki Mərkəzi Biznes Rayonu ilə qonşuluqda Babək rayonu yerləşmişdir. Bu, şəhər mərkəzində olan və fransız üslubunda işlənmiş yaşayış kvartallardan ibarət yaşamaq üçün ideal olan bir sakit rayondur. Binaların hündürlüyü orta və tikili sıxlığı aşağı olan bu rayon Xətai metro stansiyasının yaxınlığında və Bakı Ağ Şəhər layihəsinin gələcək Fəvvarələr Meydanında planlaşdırılan yeni metro stansiyasının yanında yerləşir. RENESSANS yaşayış kompleksinin Mərkəzi Bulvar küçəsində münasib yerləşməsi Nobel prospektinə rahat keçidi təmin edəcəkdir, buda eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına çatmağı asanlaşdıracaqdır.