AZ RU

XÜSUSİYYƏTLƏR

 

Fransız üslublu bu eleqant 7 mərtəbəli bina ATKİNS şirkəti tərəfindən yerli mütəxəssislərlə birlikdə xüsusi olaraq Bakı Ağ Şəhər üçün layihələndirilmişdir. Fasadın və damın üzlənməsi üçün materialın seçilməsi Baş Plana uyğun olaraq memarlıq tələbləri və texniki şərtlər ilə tənzimlənir. RENESSANS yaşayış kompleksində mənzillərin iki  tərəfə çıxışlı işlənməsi keyfiyyətli mənzillərə olan müasir tələblərə uyğundur -  bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və vanna otaqlarıdır.

 

- 178 mənzilli 7-8 mərtəbəli yaşayış kompleksi

- Zəlzələyə davamlı konstruksiya

- Fransız üslubunda fasad

- Kompleksin 1,5 Ha sahəsinin 60%-i abadlaşdırılma üçün ayrılıb

- Geniş uşaq meydançası

- Kompleksdə uşaq bağçası nəzərdə tutulub

- Sakinlərin rahatlığı üçün idman zalı

- 143 avtomaşınlıq yeraltı, 59 avtomaşınlıq yerüstü dayanacaq

- Yeraltı parkinqdən liftə çıxış

- Hər blokda yük qaldırma qabiliyyəti 1 tona qədər olan bir ədəd rahat lift

- Mərmər ilə üzlənmiş pilləkənlər və pilləkən meydançaları

- Daş divarlar və fasadın aqlay ilə üzlənməsi

- İki tərəfli çıxışı olan, rahat planlaşdırılmış mənzillər

- Tavanın hündürlüyü 3,3 m

- Su çəni və 24 saat su təchizatı

- Mərkəzi elektrik təchizatı və generator

- Qazlaşdırma və fərdi kombi

- Rəqəmsal TV, internet və telefon sistemləri

- Yanğın təhlükəsizliyi sistemi

- 24 saat mühafizə və müşahidə kameraları

- Həyətə baxan eyvanlarda divar şkafları

- Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və kombi üçün ventilasiya olunan xüsusi servis eyvanları